Bu portal fəaliyyətini bərpa etdi

Bu portal fəaliyyətini bərpa etdi

Hazırda oxunan: Bu portal fəaliyyətini bərpa etdi
21238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən birinci sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az portalı fəaliyyətini bərpa edib.

Bizim.Media xəbər verir ki, Ramazan bayramı tətili ilə əlaqədar mayın 8-dən portala giriş müvəqqəti dayandırılmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sabahdan məktəblər açılır


Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və cəlb olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi də davam edir.

Müsahibəyə yazılma mərhələsinin iyunun 8-i saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə mayın 4-dən iyunun 14-dək təşkili planlaşdırılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO