“Nizami” metrosunun yaxınlığında təhlükəli vəziyyət aradan qaldırıldı - DETALLAR/VİDEO

“Nizami” metrosunun yaxınlığında təhlükəli vəziyyət aradan qaldırıldı - DETALLAR/VİDEO

Hazırda oxunan: “Nizami” metrosunun yaxınlığında təhlükəli vəziyyət aradan qaldırıldı - DETALLAR/VİDEO
212116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində (“Nizami” m/t-nın yaxınlığında) sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan kəsişmədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən, əvvəlcə yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb. 

Bununla yanaşı, hərəkəti tənzimləmək məqsədilə işıqfor idarəetmə kontrolleri, əlavə olaraq işıqforlar və piyada işıqfor bölmələri quraşdırılıb. 

Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO