Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO

Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO
211301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba rayonunda 30-a yaxın uyğunlaşdırılmış və təmirə ehtiyacı olan məktəb binası var. Həmin məktəblərin də tədricən yenilənməsi nəzərdə tutulur.

Bizim.Media-nın Quba rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, həmin məktəblərin yeni binalarla əvəz olunması istiqamətində işlər aparılır.

Qurumun açıqlamasına görə, ötən dərs ilində Heydər Əliyev Fondunun və Elm və Təhsil Nazirliyinin xəttilə 4 yeni məktəb inşa edilib. Dələduz kənd məktəbində modul tipli məktəb quraşdırılması, Digah kənd məktəbinə təzə binanın inşası Elm və Təhsil Nazirliyinin xəttilə həyata keçirilib. Bağbanlı və Pirvahid məktəblərinin yeni binaları isə H.Əliyev Fondunun vəsaiti hesabına ərsəyə gəlib.

Məlumata görə, 2024-2025-ci tədris ilində iki yeni məktəb şagird və müəllimlərin istifadəsinə verilib. Çingiz Mursalov adına 264 yerlik Vəlvələ kənd məktəbinin açılışı bir neçə gün əvvəl baş tutub.

Bu gün isə Ucqar Çiçi kəndindəki 126 yerlik modul tipli məktəbin açılışı olub. Daha bir bərbad binada yerləşən Hacıhüseuynli kənd məktəbinin tikintisi isə davam edir. Ağac dirəkləri hesabına yıxılmayan Küçeyi kənd məktəbi də yaxın vaxtlarda modul tipli məktəblə əvəzlənəcək.

Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 1
Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 2
Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 3
Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 4
Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 5
Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 6
Qubada neçə yeni məktəb binası istifadəyə verilib? – RƏSMİ AÇIQLAMA – FOTO - foto 7


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO