
- A-
- A
- A+
"Qarabağ" darmadağınla ÇL-də növbəti mərhələyə YÜKSƏLDİ
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib və 5:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Olavio Juninyo oyunda het-trik edib.
İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanmışdı.
"Qarabağ" bu gün mərhələni keçməklə ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib. "Qarabağ" üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) - 5:0
Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 2:0
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































