Aİ Şurasına sədrlik Macarıstana keçdi

Aİ Şurasına sədrlik Macarıstana keçdi

Hazırda oxunan: Aİ Şurasına sədrlik Macarıstana keçdi
199853
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən Avropa İttifaqı Şurasına sədrlik Belçikadan Macarıstana keçib.

Bizim.Media “Deutsche Welle”yə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bu barədə açıqlama verib.

O həmçinin ölkəsinin sözü gedən postdakı prioritetlərini açıqlayıb. Bildirib ki, bununla bağlı 7 maddədən ibarət proqram qəbul olunub.

“Proqramın əsas müddəası Ukraynada müharibənin dayandırılmasından ibarətdir. Çünki hazırda orada baş verənlər ittifaq daxilində nəzərdə tutduğumuz prioritetlərin həyata keçirilməsinə maneə yaradır” – V. Orban belə deyib.
Ölkənin Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka isə vurğulayıb ki, diqqət yetiriləcək daha bir məsələ ittifaq ölkələrinin təhlükəsizliyi, müdafiə sənayesi potensialının güclənməsi, bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də iqtisadiyyatın yeni çağırışlara uyğunlaşdırılmasından ibarətdir.

Y. Boka həmçinin Avrozona rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasını da vacib saydıqlarını deyib. Nazirin qənaətincə, bu sahədə mütərəqqi qanun qəbul edilməlidir.

Qeyd edək ki, onun bu ideyasına Avropa Komissiyasında şübhə ilə yanaşılır. Bildirilir ki, bu addım ABŞ ilə ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO