AVRO-2024: İsveçrə Macarıstana qalib gəldi - VİDEO

AVRO-2024: İsveçrə Macarıstana qalib gəldi - VİDEO

Hazırda oxunan: AVRO-2024: İsveçrə Macarıstana qalib gəldi - VİDEO
197478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin ilk turunun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, 2-ci oyun gününün ilk görüşü A qrupunda Macarıstan və İsveçrə yığmaları arasında baş tutub. 

Dörd qolun qeydə alındığı oyunda İsveçrə yığması qalib gəlib. 

Bu gün daha iki oyun baş tutacaq. B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gələcəklər. Bu görüşün start fiti saat 21:00-da veriləcək. 

Qrupun digər matçında İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcək. Oyun saat 23:00-da start götürəcək. 

Qeyd edək ki, turnirin açılış matçında ötən gün meydan sahibi Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AÇ-2024

A qrupu

15 iyun

Macarıstan – İsveçrə – 1:3

Qollar: Duah, 12. Ebişer, 45. Embolo, 90+3 – Varqa, 66.

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Köln, “Reyn Enerqi” stadionu.
 


 
 
 
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO