"Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı

Hazırda oxunan: "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı

191115

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruzan Cabbarovanın hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Təqsirləndirilən şəxsin vəkili Rəsul Cəfərov çıxışı zamanı Ruzan Cabbarovanın ona verilmiş 177.4 (oğurluq-xüsusilə külli miqdarda) maddəsi ilə özünü təqsirli bilmədiyini deyib. İttihamın 177.3.2 (oğurluq-külli miqdarda) maddəsi ilə tövsif olunmasını istəyib. Bundan başqa dəymiş ziyandan 317 min manatın təhvil verdiyini deyib.

Vəkil ittihamda rəqəmin şişirdildiyini qeyd edib.

Qərara əsasən, təqsirləndirilən şəxs Ruzan Cabbarovanın cəza müddəti 1 il azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruzan Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun anası Fəridə Qədimovaya məxsus qızıl-zinət əşyalarını və nağd pulu oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 118 manat ziyan vurub.
Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əşyalarını və nağd pulu oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO