Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ  – FOTO/VİDEO 

Hazırda oxunan: Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ  – FOTO/VİDEO 

186780

Böyük Qafqazın cənub yamaclarında yerləşən və Oğuz rayonunun Baş Daşağıl kəndini əhatə edən Milli Parkın hər səhəri bir gözəl mənzərə ilə açılır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ramazan tətili günlərində yerli və xarici turistlərin bu məkanı ziyarət etməsi üçün hər cür çərait yaradılıb.  

Rəsmlərdən və kadrlardan da göründüyü kimi maraqlı iqlim qurğaşına malik Milli Parkda insanlar səhər tezdən bir qədər zirvəyə qalxsalar, qarın içərisindən boylanan çiçəklərlə qarşılaşa bilər. Digər bir mənzərədə isə şehli, qırov tutan çiçəklər də insanı özünə cəlb edir. 
Milli Parkın əməkdaşı Niyazi Kərimov deyir ki, bu məkanda insanlar bir günlərini keçirməklə əsl hüzur tapacaq, ruh dincliyinə qovuşacaqlar: 

“Milli Parka daxil olduqları andan turistlər yaşıllığa qərq olur, meşəlik və onların arasında biri-digərini əvəz edən balaca talalardakı çəmənliklər göz oxşayır. Quşların nəğməsi ilə müşayiət olunan buradakı müxtəlif gül növləri, hər birinin də öz qoxusu insanı valeh etməyə bilmir. Hələ sizi qarşıda dağ turu və orada çayın, bulağın, şəlalənin həzn şırıltısı da gözləyir”.
 







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO