Efirdə mahnısı yarıda kəsilən Əbdül Xalid əsəbi halda verilişi TƏRK ETDİ - VİDEO

Efirdə mahnısı yarıda kəsilən Əbdül Xalid əsəbi halda verilişi TƏRK ETDİ - VİDEO

Hazırda oxunan: Efirdə mahnısı yarıda kəsilən Əbdül Xalid əsəbi halda verilişi TƏRK ETDİ - VİDEO
186539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Əbdül Xalid efirdə əsəbiləşərək studiyanı tərk edib. 

Bizim.Media xəbər verir ki, qalmaqallı hadisə “Xeyirli axşamlar” verilişində yaşanıb. 

Belə ki müğənni efirdə oxuduğu zaman fonoqraması kəsilib. Həmin an proqramın aparıcısı Anar Vaqifoğlu “Oxuduğun bura qədər imiş? Axıra kimi yazdırardın da mahnını...” deyə fikrini bildirib. 

Aparıcının bu sözlərinə Əbdül Xalid “Mahnım niyə yarıdan kəsildi ki? Bu nəsə başqa söhbətdir. Bu hötmətsizlikdir, nə isə...” deyərək, əsəbi halda studiyanı tərk edib. 

Onun bu hərəkətinə isə Anar “İndi bədən yığmısan gəl bizi döy... Hara gedirsən?  Sənin oxuduğun budursa, mən nə edim? Bunları tərifləyəndə ulduzlaşırlar və belə görüntü ortalığa çıxır. Sən mənim qonağımsan mən heç istəyərəm ki, belə bir hal baş versin? İllər var, dostluq münasibəti var...” , -deyə aparıcı cavabını verib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO