“Azərreyl” məğlub oldu

“Azərreyl” məğlub oldu

Hazırda oxunan: “Azərreyl” məğlub oldu
186494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, Yüksək Liqada XX turun üç matçı baş tutub.

GİN-nin Voleybol Mərkəzində keçiriləcək günün ilk oyununda “Abşeron”la “Azərreyl” qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Lider 1:3 hesabı ilə uduzub.
Turu məğlubiyyətlə başa vuran “Murov Az Terminal” 3-cü pilləyə enib. Komanda gözlənilmədən “Gəncə”yə uduzub. İlk seti qələbə ilə başa vuran ev sahibləri, sonradan üstünlüyü əldən veriblər. Son set xüsusilə gərgin alınıb. 60 xalın oynanıldığı seti gəncəlilər uğurla başa vurublar. “Milli Aviasiya Akademiyası” isə UNEC-dən güclü olub.

Yüksək Liqa (qadınlar)

XX tur

9 aprel

15:00. “Abşeron” – “Azərreyl” - 3:1 (22:25, 25:19, 25:13, 25:20)

GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” – “Gəncə” - 1:3 (25:17, 19:25, 22:25, 29:31)

GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” – UNEC - 3:0 (25:12, 25:10, 25:18)

UNEC-in idman zalı

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO