Messi Yay Olimpiya Oyunlarında iştirak edə bilər

Messi Yay Olimpiya Oyunlarında iştirak edə bilər

Hazırda oxunan: Messi Yay Olimpiya Oyunlarında iştirak edə bilər

185889

"İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi 2024-cü il Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Bizim.Media “Marca”ya istinadən xəbər verir ki, Argentinanın U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano Lionel Messi ilə yanaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martinez və “Benfika”nın müdafiəçisi Nikolas Otamendini də Olimpiya oyunları üçün yığmaya dəvət edəcək.
Xəbərdə qeyd olunub ki, MLS matçlarının yay aylarında da keçirilməsinə görə Messinin Olimpiadada iştirakla bağlı çətinliyi ola bilər. Ancaq 36 yaşlı hücumçunun Maskeranonun təklifindən imtina etmədiyi də bildirilib.

Xatırladaq ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO