"Barselona" Kvaratsxeliyanın nümayəndələri ilə əlaqə saxladı

Hazırda oxunan: "Barselona" Kvaratsxeliyanın nümayəndələri ilə əlaqə saxladı

185865

“Barselona” “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. 

Bilidirilib ki, Kataloniya təmsilçisinin rəsmiləri gürcüstanlı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıblar. 

Lakin “Napoli”nin 23 yaşlı futbolçu ilə yolları ayırmağa hazır olmadığı vurğulanıb. İtaliya klubunun əsas hücumçusu Viktor Osimhenin bu yay komandadan ayrılacağı ilə razılaşan klubun prezidenti Aurelio De Laurentis Xviça kimi daha bir ulduz oyunçusunu itirmək istəmir. 
Daha əvvəl bildirilirdi ki, “Napoli” Kvaratsxeliya ilə müqaviləni uzatmağa yaxındır.

Qeyd edək ki, bu mövsüm X. Kvaratsxeliya meydana çıxdığı 38 matçda 10 qol vurub və 6 qolun ötürməsini verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO