Qubadakı Soyqırım Kompleksini 10 minə yaxın insan ziyarət edib

Qubadakı Soyqırım Kompleksini 10 minə yaxın insan ziyarət edib

Hazırda oxunan: Qubadakı Soyqırım Kompleksini 10 minə yaxın insan ziyarət edib

185041

Azərbaycanlıların soyqırımının 106-cı ildönümü günündə Qubadakı Soyqırım Memorial Kompleksini 10 minə yaxın insan ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalıb Turabov yayıb.

Onun sözlərinə görə, gün ərzində respublikanın müxtəlif bölgələrindən və şimal rayonlarından gələn ziyarətçilər ermənilərin kütləvi soyqırımına məruz qalmış dinc insanların xatirəsini hörmətlə yad ediblər.
Ziyarətçilər arasında məktəblilər, gənclər, ziyalılar, şəhid ailələrinin nümayəndələri, keçmiş hərbçi və qazilər, bir sözlə, hər təbəqədən olan insanlar olub.

Artıq kompleksdə ziyarət mərasimi başa çatıb.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO