İsrail Qəzzaya müxtəlif ölkələrdən birləşmiş qoşun yeritməyi TƏKLİF EDİB

İsrail Qəzzaya müxtəlif ölkələrdən birləşmiş qoşun yeritməyi TƏKLİF EDİB

Hazırda oxunan: İsrail Qəzzaya müxtəlif ölkələrdən birləşmiş qoşun yeritməyi TƏKLİF EDİB

184892

İsrail müxtəlif ölkələrdən, o cümlədən ərəb ölkələrindən birləşmiş hərbi qüvvələrin Qəzzaya göndərilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, belə bir modeli İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı təklif edib.

"Bu addımla anklavda HƏMAS-a aid olmayan bir idarəedici orqan yaradılacaq. Qəzzada humanitar vəziyyətə gəldikdə isə İsrailin ABŞ ilə artan qarşıdurması problemini həll edəcək". yüksək rütbəli İsrail rəsmisi bildirib.

Təl-Əviv təklif edir ki, ərəb qüvvələri məhdud bir keçid dövrü üçün Qəzzada qalsın və ABŞ-ın sahildə inşa edəcəyi müvəqqəti körpünün mühafizəsinə və yardımların əhaliyə çatması və HƏMAS-ın nəzarəti altına düşməməsini təmin etmək üçün humanitar karvanları müşayiət etməyə cavabdeh olsun.

Ərəb ölkələri arasında bu məsələ Misir və adı çəkilməyən daha iki ölkə ilə müzakirə olunub.

Qeyd edilib ki, İsrailin təklif etdiyi bu üsul ümumilikdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutmur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO