“Zirə”nin futbolçusu Ukrayna millisinə ÇAĞIRILDI 

“Zirə”nin futbolçusu Ukrayna millisinə ÇAĞIRILDI 

Hazırda oxunan: “Zirə”nin futbolçusu Ukrayna millisinə ÇAĞIRILDI 

181509

Macarıstanın Seqed şəhərində təlim-məşq toplanışı keçəcək Ukraynanın gənclər millisinin heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, baş məşqçi Ruslan Rotanın dəvət etdiyi 22 futbolçu arasında Azərbaycan Premyer Liqasında çıxış edən oyunçu da var. 

Bu, “Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyevdir.

O, həm hazırlığa qoşulacaq, həm də martın 25-də Yaponiyanın U-21 yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirak edəcək. Ukraynalıların bu toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Eldar Quliyev “Zirə”yə ötən il Ukraynanın “Minay” klubundan keçib. Azərbaycanlı yarımmüdafiəçi indiyədək yığma komandamıza dəvət almayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO