“Yuventus” Vlahoviçlə yeni müqavilə bağlayacaq

“Yuventus” Vlahoviçlə yeni müqavilə bağlayacaq

Hazırda oxunan: “Yuventus” Vlahoviçlə yeni müqavilə bağlayacaq

180535

"Yuventus" Avropanın bir neçə klubunun transfer siyahısında olan Duşan Vlahoviçi komandada saxlayacaq. 

Bizim.Media xəbər verir ki, Turin təmsilçisi 24 yaşlı futbolçu ilə yeni sözləşmə barədə razılıq əldə edib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. 

Serbiyalı forvard "Yuventus"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Onun illik maaşı 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer etmişdi. Serbiya yığmasının üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matşda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO