Plastik əməliyyatdan sonra Röya ilk FOTOSESSİYASI ilə GÜNDƏMDƏ

Plastik əməliyyatdan sonra Röya ilk FOTOSESSİYASI ilə GÜNDƏMDƏ

Hazırda oxunan: Plastik əməliyyatdan sonra Röya ilk FOTOSESSİYASI ilə GÜNDƏMDƏ

179430

Xalq artisti Röya Ayxan uzun sürən sükutu yeni fotosessiyası ilə pozub.

Bizim.Media xəbər verir ki, sənətçi dərin sinə dekolteli qızıl və gümüş tonlarının rəng qarışığından ibarət "tulum"la obyektiv qarşısına keçib.

Röya qısa saçlarını uzadaraq onları sarıya boyadıb.  Estrada ulduzunun xarici görünüşündəki dəyişiklik də gözdən qaçmayıb. Bir müddət əvvəl üz gərmə əməliyyatı keçirən Röya bu yolla simasını daha da cəzbedici edib.

Estrada ulduzu fotosessiyasında yer alan şəkilləri sosial şəbəkə hesabında izləyciləri ilə bölüşüb.

Diqqət çəkən daha bir məqam isə Röyanın paylaşdığı şəkillərə yazdığı şərh olub. Beləki Xalq artisti paylaşımına "Röya başqa olacaq" qısa şərhini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl "Zülmətəm" adlı yeni mahnısına Türkiyədə ekran həyatı verən Röyanın bu nəğməsi rəqəmsal musiqi platformalarında rekord sayda dinlənmə, klipi isə "YouTube"da izlənmə yığıb.










Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO