Xorvatiya millisinin baş məşqçisi

Xorvatiya millisinin baş məşqçisi "Betis"i dəstəklədiyi üçün istefaya göndərildi

Hazırda oxunan: Xorvatiya millisinin baş məşqçisi "Betis"i dəstəklədiyi üçün istefaya göndərildi
178395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın U-17 millisinin baş məşqçisi Robert Yarni Zaqreb “Dinamo”sunun Konfrans Liqasında “Betis”lə oyunu öncəsi İspaniya klubunu dəstəklədiyi üçün istefaya göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının saytı məlumat yayıb.

Federasiyanın yaydığı rəsmi açıqlamada bildirilib: “Federasiya bu məsələdə məşqçilərlə bağlı dəqiq mövqe nümayiş etdirir. Milli komandaya rəhbərlik edən şəxsin Xorvatiya klubunun rəqibinə açıq dəstək verməsi qəbuledilməzdir”.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də üzvü olduğu "Dinamo" bu gün Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Betis"in qonağı olacaq.

Qeyd edək ki, Yarni futbolçu karyerası ərzində “Torino”, “Yuventus”, “Real”, “Panatinaikos”, “Las-Palmas”la yanaşı, 1995-1998-ci illərdə “Betis”də çıxış edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO