“Qərbdən obyektivlik gözləməyə dəyməz” – Deputat 

“Qərbdən obyektivlik gözləməyə dəyməz” – Deputat 

Hazırda oxunan: “Qərbdən obyektivlik gözləməyə dəyməz” – Deputat 

177266

Azərbaycanda keçirilən 7 fevral Prezident seçkiləri bəzi təşkilatları əməlli-başlı qıcıqlandırıb. Bu cür təşkilatlar arasında Qərb institutları üstünlük təşkil edir. Onlar digər məsələlər kimi, Prezident seçkilərinə də təəssüf ki, özünün qərəzli yanaşmasını sərgilədi.

Yenə də onlar köhnə ampulalarını davam etdirərək, Azərbaycanda keçirilən seçkilərə kölgə salmaq yolunu tutdular.

Qərbin qərəzi nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Qərbdən heç zaman obyektivlik, ədalət gözləməməliyik:

“Qərbin ölkəmizdə keçirilən Prezident seçkilərinə qərəzli mövqe sərgiləməsi gözlənilən idi. Qərbin başqa xalq və dövlətlərə demokratik “dəyərlərlə” bağlı dəsr keçmək cəhdləri onların öz təhlükəli maraqlarına xidmət edir. Qərbdən heç zaman obyektivlik, ədalət gözləməməliyik. 500 ildən artıqdır ki, Avropa ayrı-ayrı xalq və dövlətləri siyasi intriqa, spekulyasiyalar yolu ilə idarə edir”.

Deputat qeyd edir ki, Azərbaycan Qərbin özü üçün də nümunə olacaq bir seçki keçirdi:

“Qərb obyektiv yanaşarsa ona bu cür də qiymət verməlidir. 16 ildir ki, seçki məntəqələrimizdə kameralar vasitəsilə prosesi müşahidə etmək mümkündür. Belədə, dünyanın istənilən nöqtəsindən seçkini rahat şəkildə izləmək olar.

Həmçinin, 70 ölkədən, 49 təşkilatdan təmsilçilərin müşahidə imkanının olması, prosesdə şəffaflığın təmini üçün bütün texnoloji imkanların yaradılması Azərbaycanda seçkilərin şəffaflığı ilə bağlı hər hansı bir şübhəyə yer qoymurdu. Bu baxımdan Qərb növbəti dəfə Azərbaycanın müstəqil siyasətini qəbul etmədiyini nümayiş etdirdi”.

Deputat deyir ki, Qərbə idarə olunan ölkə və xalqlar lazımdır:

“Qərbin yaxşı münasibət bəslədiyi bir çox dövlətlərdə ümumiyyətlə, demokratiya, insan haqları barədə danışmağa heç bir əsas yoxdur. Deməli, Qərb hər zaman qərəzli yanaşma tətbiq edərək, ikili standartlar siyasətinə üstünlük verərək, sadəcə olaraq öz maraqlarından çıxış edir. Bunu ölkəmizdə keçirilən seçkilərə Qərbin sərgilədiyi qərəzli mövqe fonunda bir daha müşahidə etməkdəyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO