“Bütün namizədlərin seçkilərdə iştirakına lazımi şərait yaradılmışdı” – MDB-nin BAŞ KATİBİ

“Bütün namizədlərin seçkilərdə iştirakına lazımi şərait yaradılmışdı” – MDB-nin BAŞ KATİBİ

Hazırda oxunan: “Bütün namizədlərin seçkilərdə iştirakına lazımi şərait yaradılmışdı” – MDB-nin BAŞ KATİBİ

177197

"Prezident seçkilərində MDB missiyasının 160 nümayəndəsi müşahidəçi kimi iştirak edib.

Seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, səsvermə zamanı uzun növbələrin və səriştəli şəkildə prosesin getdiyinin şahidi olduq". 

Bizim.Media xəbər verir k, bunu MDB-nin Baş katibi Sergey Lebedev Prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə seçki məntəqələrində səsverməyə gələn seçicilərlə və yerli müşahidəçilərlə söhbətlər aparılıb:

“Seçki rəqabətə davamlı şəkildə reallaşıb. Prezidentliyə namizədləri də yaxından tanıdıq və öyrəndik ki, onların da hər biri ayrılıqda dövlət xadimidir. Bütün namizədlərin öz mövqeləri və proqramları ilə seçkilərdə iştiraklarına lazimi şərait yaradılıb. Prezident seçkilərindəki müşahidələrimizdən belə qənaətə gəldik ki, səsvermə tam şəffaf, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirilib ".

Sergey Lebedev əlavə edib ki, Azərbay da daxil olmaqla hər bir ölkənin milli qanunvericiliyi əsas götürülməlidir:

"Biz ən əsası dost və qonşu ölkəyik. Gələcəkdə də belə qalacaq və əməkdaşlığımız davam edəcək. Sonda isə Prezident seçkilərində səriştəli və peşəkar iş həyata keçirdiyiniz üçün sizə təşəkkür edirik" .

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO