Xankəndidə seçici fəallığı AÇIQLANDI 

Xankəndidə seçici fəallığı AÇIQLANDI 

Hazırda oxunan: Xankəndidə seçici fəallığı AÇIQLANDI 

177101

Xankəndidə seçici fəallığı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə saat 19:00-a qədər 6500 nəfər səs verib, 83,28% seçici fəallığı qeydə alınıb.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Prezident seçkisində yeddi nəfərin namizədliyi qeydə alınıb. Onlardan beş nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, iki nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO