"Kristal Abşeron"dan 1 milyonluq məhkəmə iddiası ilə bağlı açıqlama

Hazırda oxunan: "Kristal Abşeron"dan 1 milyonluq məhkəmə iddiası ilə bağlı açıqlama

173799

“Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsində baş verən hadisə ilə ünvanladığımız sorğuya şirkət tərəfindən cavab verilib.

Bizim.Media cavablandırma mətnini diqqətinizə çatdırır.

Cavablandırma mətni:

"Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq, lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkəti və həmin şirkətin rəhbəri Vəliyev M. S. tərəfimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələb edərək məhkəməyə verdi. Nəzərinizə çatdırmaq istərdik ki, tələb edilən təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq.

Sonda demək istəyirik ki, “Kristal Abşeron” olaraq hər zaman təmir-tikinti keyfiyyətimizi daha da yaxşılaşdırmaq yolunda ciddi və davamlı addımlar atırıq.

İnşaat sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin edərək onların xəyal etdiyi mənzildə yaşaması üçün çalışmışıq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik!"

Hörmətlə, 

Kristal Abşeron 

İctimaiyyətlə əlaqələr şöbəsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO