Mixael Şumaxerin beynini oyatmaq cəhdi uğursuz oldu

Mixael Şumaxerin beynini oyatmaq cəhdi uğursuz oldu

Hazırda oxunan: Mixael Şumaxerin beynini oyatmaq cəhdi uğursuz oldu

171259

Mixael Şumaxerin xizək sürərkən qəzaya uğramasından 10 il sonrakı həyatının yeni təfərrüatları məlum olub. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qohumları komada olan çempionu yarışa çıxan “Mercedes”ə mindiriblər.

Ailə ümid edib ki, mühərrikin tanış gurultusu Mixaelin beynini oyadacaq,  ancaq bu, baş tutmayıb.

Qeyd edək ki, 29 dekabr 2013-cü ildə Formula 1 üzrə yeddiqat dünya çempionu Meribeldə (Fransa Alpları) xizək sürərkən ağır kəllə-beyin travması alıb. O, qarla örtülmüş qayaya çırpılıb, hətta dəbilqəsi də onu travma almaqdan xilas etməyib.

Şumaxerin qardaşı Ralf bu yaxınlarda etiraf edib ki, o, tam sağalmaya bilər. 54 yaşlı pilot koma vəziyyətində bir neçə əməliyyat keçirib və fövqəladə vəziyyətdən sonra heç vaxt ictimaiyyətə görünməyib.

Ailə hələlik Mixaelin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib. Ancaq məlumdur ki, ona həkimlər komandası (15 həkim, masajçı və tibb bacısı) xidmət edir, çempionun həyat yoldaşı Korinna da ərinin qayğısına qalır. Şumaxer Cenevrə gölünün sahilindəki ailə evində qalır.
Korinna evə yalnız ən yaxın dostlarının gəlməsinə icazə verir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO