Putin ilin “anti-mükafatlıları” SİYAHISINDA: “Heç kim onun kimi Aİ ilə oynaya bilmir”

Putin ilin “anti-mükafatlıları” SİYAHISINDA: “Heç kim onun kimi Aİ ilə oynaya bilmir”

Hazırda oxunan: Putin ilin “anti-mükafatlıları” SİYAHISINDA: “Heç kim onun kimi Aİ ilə oynaya bilmir”
170912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikanın “Politico” nəşri Rusiya prezidenti Vladimir Putini 2023-cü ilin “anti-mükafatlıları” siyahısına daxil edib. 

Bizim.Media xəbər verir ki, nəşr Putini “rus rolunda ən yaxşı rus” adlandırıb və qeyd edilib ki, “onun qədər heç kim Avropa İttifaqı ilə bu cür oynamağı bacarmır”.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell diplomatiya sahəsində “anti-mükafat”a layiq görülüb və nəşr onun işini səriştəsiz adlandırıb.
İtaliyanın baş naziri Ciorcia Meloni "Faşist kimi ən yaxşı hobbit" anti-mükafatına layiq görülüb. Bu “mükafat”la nəşr İtaliyanın baş nazirinin yeniyetməlik illərində “Üzüklərin Rəbbi” filminin personajları kimi geyinmək sevgisinə istinad edib.

Qeyd edək ki, noyabrın sonunda keçirilən sorğuda“Politico” Ukrayna prezidenti Volodimir Zelenskini ilin əsas “xəyalpərəsti” adlandırıb. 

Xatırladaq ki, 2022-ci ildə Ukrayna lideri “Time” jurnalına görə “ilin adamı” seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO