Balakənli idmançı dünya çempionu oldu

Hazırda oxunan: Balakənli idmançı dünya çempionu oldu

167262

Balakən idman məktəbinin yetirməsi hərbçilər arasında ən yüksək nəticəni göstərib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsindən məlumat verilib. 

Qeyd edilir ki, bu günlərdə Bakıda hərbçilər arasında güləş üzrə dünya çümpionatı keçirilib. 

Dünya çempionatına Azərbaycan komandasının tərkibində Balakən idman məktəbinin yetirməsi Murad Əhmədiyev də qatılıb. 

O, 97 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempionluğu təmin edib. 

Murad Əhmədiyev buna qədər də bir neçə dəfə ölkə və beynəlxalq yarışların qalibi olub. Hərbçilər arasında dünya çempionluğu isə idmançımızın ilk böyük uğurudur.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO