Bakıda quş kəsimi və hisə verilməsi müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Hazırda oxunan: Bakıda quş kəsimi və hisə verilməsi müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

166014

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, mənzil 75 ünvanında yerləşən, fiziki şəxs Əhirman Eynulla oğlu Rzayevə məxsus quş kəsimi və hisə verilməsi müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin tibbi müayinəyə, gigiyenik təlimlərə cəlb edilmədiyi və xüsusi geyimlə təchiz olunmadığı, məhsulların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO