Bu məşhurların avtomobillərinə HÜCUM OLUNUB – VİDEO 

Hazırda oxunan: Bu məşhurların avtomobillərinə HÜCUM OLUNUB – VİDEO 

164640

Aparıcı Zümrüd Bədəlovanın, aktyor Məcid Hüseynovun və aktrisa Xuraman Əlizadənin avtomobillərinə hücum olunub.

Bizim.Media xəbər verir ki, bu haqda Zümrüd və Xuraman aparıcısı olduqları “Xəbər-ətər” verilişində məlumat veriblər.

Zümrüd bildirib ki, avtomobilinə naməlum şəxs və ya şəxslər tərəfindən külli miqdarda zərbə vurulub: 

“Efirdən mənimlə şəxsi qərəzliyi olan və dayanmadan avtomobilimə zərər vuran o insana… Bilmirəm, hansı niyyətlə bunu edirsiniz… Amma siz nə qədər bunu etsəniz də, hər dəfə efirə çıxıb bunu deyib, güləcəyəm. Dəmir parçasına olunan ziyanın mənə heç bir təsiri yoxdur. Sadəcə insan üzülür ki, səhər tezdən yuxudan oyanırsan, işə getmək üçün maşınına yaxınlaşırsan və günlərdir avtomobilin üzərində həyətdə çəkilən o cızıqlar… Yaxşı, bunları boş verdim.
Bunu uşaqda edə bilər. Amma qapını açmağa çalışıb, qapını bərbad vəziyyətə qoymaq, daşla əzmək, üstündən şüşə gəzdirmək və şüşənin çiliklərini maşının üstünə səpmək qədər absurd fikir ola bilməz. Bunu edən insan ya psixoloji xəstədir, ya da hansısa ruh halındadır”. Bu anda isə Xuraman bildirib ki, bir neçə gün əvvəl həmkarı Məcidin və özünün avtomobillərinə də şəxsiyyəti bilinməyən insanlar hücum çəkərək, ziyan vurublar. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO