“Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Zəfərin Rəngi” adlı rəsm müsabiqəsini ELAN EDİR  

Hazırda oxunan: “Mədəniyyət Könüllüləri” İctimai Birliyi “Zəfərin Rəngi” adlı rəsm müsabiqəsini ELAN EDİR  

159571

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Zəfərin Rəngi” adlı rəsm müsabiqəsini elan edir.  

Qeyd edək ki, 8 Noyabr xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı.

Bu tarix Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazanıldı. 

“Zəfərin Rəngi” rəsm müsabiqəsinin məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılması, tarixi qələbəni gənclərin gözü ilə görmək və onların inkişafını dəstəkləməkdən ibarətdir.  

Müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir.

Layihədə 16-25 yaş aralığında gənclər iştirak edə bilərlər. İştirakçılar son qəbul tarixi - 25 oktyabra qədər əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər. Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşləmə texnikası isə sərbəstdir. Layihədə hər kateqoriya üzrə 3 yer nəzərdə tutulub.  

Müsabiqənin yekun nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı baş tutacaq.

Ətraflı məlumat üçün +994507175755 və ya +994557175755 nömrəsi ilə əlaqə saxlamaq olar.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO