Zəngilanda 160 yerlik uşaq bağçası inşa EDİLƏCƏK - FOTO

Zəngilanda 160 yerlik uşaq bağçası inşa EDİLƏCƏK - FOTO

Hazırda oxunan: Zəngilanda 160 yerlik uşaq bağçası inşa EDİLƏCƏK - FOTO

157727

Prezident İlham Əliyev tərəfindən Zəngilanda təməli qoyulan 160 yerlik Uşaq bağçası müasir standartlara uyğun olaraq inşa ediləcək.

Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov Zəngilanda təməli qoyulan 160 yerlik uşaq bağçası haqqında danışarkən qeyd edib ki, bağça bir hektar ərazidə inşa olunacaq.

Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.
Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə bu cür müəssisələrin yaradılması bərpa edilən şəhər və kəndlərimizin simasına əlavə rəng qatır.









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO