Paşinyan Blinkenə də Azərbaycanla danışıqlara hazır olduğunu BİLDİRDİ  

Paşinyan Blinkenə də Azərbaycanla danışıqlara hazır olduğunu BİLDİRDİ  

Hazırda oxunan: Paşinyan Blinkenə də Azərbaycanla danışıqlara hazır olduğunu BİLDİRDİ  

154409

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken arasında telefon danışığı baş tutub.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin artması müzakirə olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan indi də Rəisiyə ZƏNG ETDİ 
 


Baş nazir Paşinyan bir daha bütün məsələlərin 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında yalnız diplomatiya və konstruktiv atmosferdə həllinə sadiqliyini vurğulayıb. 

Antoni Blinken bütün məsələlərin dialoq və dinc diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayaraq, ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib. 

Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, Blinken Paşinyanın gün ərzində zəng etdiyi dördüncü xarici ölkə rəsmisidir. O daha əvvəl Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts və İran Prezidenti İbrahim Rəisi ila da müzakirələr aparıb. Nikol daha əvvəlki telefon danışıqlarında da İlham Əliyevlə təcili müzakirələr aparmağa hazır olduğunu qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO