DSX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: DSX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

153217

Avqust ayının 31-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri, 1982-ci il təvəllüdlü Mamedov Surxay Əli oğlu və 1991-ci il təvəllüdlü Məmmədov Məhəmməd Kərim oğlu sərhəd pozucusu qismində saxlanılıb. 
Qeyd olunan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 14 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO