Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

Hazırda oxunan: Prezident: “Belə avtomobillə heç yerə getmərəm” - VİDEO

625015

“Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm”.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda gürcüstanlı jurnalistin elektrik avtomobillərində FM radio ilə bağlı sualını cavablandırarkən toxunub.

“Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm.

Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”, - Prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO