Xarici diplomatlar Ağdam-Xankəndi yolunda ərzaq yüklərinin yerləşdiyi MƏNTƏQƏDƏ - FOTO 

Xarici diplomatlar Ağdam-Xankəndi yolunda ərzaq yüklərinin yerləşdiyi MƏNTƏQƏDƏ - FOTO 

Hazırda oxunan: Xarici diplomatlar Ağdam-Xankəndi yolunda ərzaq yüklərinin yerləşdiyi MƏNTƏQƏDƏ - FOTO 

153036

Xarici diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. 

Bizim.Media xəbər ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər avqustun 31-də Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan ərzaqdan ibarət yüklərin yerləşdiyi məntəqəyə gəliblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Xarici diplomatlar Ağdam-Xankəndi yoluna GETDİLƏR


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara və xarici jurnalistlərə mövcud vəziyyət barədə ətraflı məlumat verib. 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO