Maskasını çıxarıb sürücünün üzünə öskürən qız həbs olundu – VİDEO

Maskasını çıxarıb sürücünün üzünə öskürən qız həbs olundu – VİDEO

Hazırda oxunan: Maskasını çıxarıb sürücünün üzünə öskürən qız həbs olundu – VİDEO
15245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da taksi sürücüsünü öskürəyi ilə bezdirən sərnişin saxlanılıb.

Bizim.Media “ladbible”yə istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda 24 yaşlı qız və iki rəfiqəsi taksi xidmətlərindən yararlanarkən mübahisə düşüb.

Belə ki, sürücü qızlardan birinin maskadan istifadə etməsini tələb edib.

Qızlar avtomobilini dayandıran sürücünü söyməyə başlayıb və rəfiqələrdən biri sükan arxasında oturan kişinin üzünə öskürüb. Bundan başqa öskürən qız sürücünün mobil telefonunu da əlindən alıb, amma taksi xidməti göstərən şəxs telefonunu geri qaytara bilib. 

San-Fransisko polisinə gətirilən qız oğurluq, sürücüyə hücum və sanitar qaydaları pozmaqda ittiham olunub.

Qaydaları pozan xanım iri məbləğdə girov qoyduqdan sonra azadlığa buraxılıb. 
Xatırladaq ki, daha öncə Rusiyanın Sankt-Peterburq şəhərində marketə maskasız girdiyi üçün alıcılardan biri digərinə kəllə-beyin travması yaşadıb. 

Həmin görüntüləri təqdim edirik. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO