Bakıda mal əti bahalaşıb? – Təkzibedici AÇIQLAMA

Hazırda oxunan: Bakıda mal əti bahalaşıb? – Təkzibedici AÇIQLAMA

151834

Bir neçə gündür ki, Bakıda mal ətinin qiymətinin bahalaşması və 1 kiloqramının 14-16 manat arasında dəyişdiyi ilə bağlı məlumatlar yayılmaqdadır. 

Məlumatı dəqiqləşdirmək üçün paytaxtın bir neçə bazarında olduq və son qiymətlərlə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, bəzi bazarlarda 1 kq mal əti 14 manat, bəzilərində 14.50 manat, digərlərində isə 15 manatdan təklif olunur. 

Satıcılar da bizimlə söhbət zamanı, son günlər qiymətlərdə dəyişiklik olmadığını və ən son bahalaşmanın 3-4 ay əvvəl baş verdiyini bildirdilər. Onların dediyinə görə, hazırda bir kiloqram mal ətinin dəyəri 14-15 manat arasında dəyişir. 

Yayılan məlumatın mahiyyətinə aydınlıq gətirən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli, Bizim.Media-ya açıqlamasında bildirdi ki, hazırda qiymətlərin artımı üçün heç bir əsas yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Mal ətinin qiyməti bahalaşdı - VİDEO


Onun sözlərinə görə, bahalaşmada maraqlı olan bəzi işbazlar belə informasiyaları bilərəkdən yayırlar və ölkədə ajiotaj yaratmaq istəyirlər:

“Onların istəyi budur ki, belə xəbərlərlə əvvəlcə əhalini hazırlasınlar, sonra isə qiyməti qaldırsınlar.”.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edən müsahibimiz, ölkədə ət istehsalında ciddi artımın olduğunu söylədi:

“Diri heyvandalıqda təxminən 3.3 faiz, ət istehsalında 3.2 faiz artım baş verib. Hətta ölkəyə idxal olunan ətin həcmində ciddi artım müşahidə olunur. Ölkəyə diri çəkidə gətirilən heyvanların böyük hissəsi də sonradan kəsimə cəlb olunur. Əvvəlki ilə nisbətən cari ildə ölkəyə 9 min tondan çox ət idxal olunub”. 

V.Məhərrəmli vurğuladı ki, əgər ölkəyə ət idxalı artırsa, deməli, ətin qiymətləri də cəlbedicidir: 

“Son 3-4 il ərzində ölkə əhalisi əldə etdiyi vəsaitin böyük hissəsini ərzaq məhsullarına yatırır. Belə ki, əgər əvvəllər bu vəsaitlər 48 faiz təşkil edirdisə, hazırda 53 faizdən çoxdur. Belə olan halda, avqust ayında ətin qiymətini artırmaq məntiqə uyğun deyil.
Bahalaşma o zaman ola bilər ki, alıcılıq qabiliyyəti artsın, tələb təklifi üstələsin və ölkəyə idxal olunan heyvanların dəyərində ciddi artım olsun. Ətin maya dəyərinə bahalaşmasını avqust ayında hesablamaq mümkün deyil”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO