Qarpız mövsümü BAŞLADI – Bəs, qiymət niyə UCUZLAŞMIR?

Qarpız mövsümü BAŞLADI – Bəs, qiymət niyə UCUZLAŞMIR?

Hazırda oxunan: Qarpız mövsümü BAŞLADI – Bəs, qiymət niyə UCUZLAŞMIR?

148059

“Bir neçə gündür ki, Azərbaycanda qarpızın mövsümü başlasa da, qiyməti hələ də aşağı düşmür. Hazırda Bakı şəhərinin bütün satış məntəqələrində 0.60-0.80 manat arasında satılır. Bunun da əsas səbəbi, bu il əkin sahələrinin azalması ilə bağlıdır. Məndə olan məlumata görə, təkcə bu il əkin sahələrində 22,4 faiz azalma baş verib”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarpızı mövsümündən əvvəl yemək təhlükəlidir? – Mütəxəssisdən XƏBƏRDARLIQ


Onun sözlərinə görə, bu gün fermeri maraqlandıran əsas məsələ, istehsal etdiyi məhsulu birbaşa bazara çıxararaq özünün satması ilə bağlıdır:

“Əgər bu proses düzgün təmin olunarsa, fermer üçün stimul yaradacaq. Onlar da həm daha çox məhsul yetişdirməkdə maraqlı olacaq və həmin məhsulun keyfiyyətini yaxşılaşdırmağa çalışacaq. Ancaq onlar bu psosesi həyata keçirə bilmədikləri üçün gəlir əldə edə bilmirlər və yol kənarına çıxararaq 10 qəpiyə satmağa məcbur olurlar. Ancaq özü qarpızı Bakıya gətirəsi olsa, hər ton üçün əlavə 5 qəpik xərci çıxacaq. Bakı Şəhər İcra Hakimiyyəti də ona şərait yaratmalıdır ki, fermer məhsulunu əhalinin sıx yaşadığı ərazilərdə tez bir vaxtda satsın. Əgər bu şərait yaradılarsa, topdansatış məntəqlərinə alternativlik olacaq və rəqabət yaranacaq”.

Yazlıq əkin sahələrində isə 10 faizlik azalma baş verdiyini vurğulayan V.Məhərrəmli, bunu da bir neçə səbəblə əlaqələndirib:

“Birinci səbəb, suvarma suyunun azalması bağlıdır. Daha çox aran bölgələrində yaşayan insanlar bostan əkini məşğul olurlar, ancaq onlar ciddi suvarma problemi ilə üzləşirlər. Bu gün ökədə su resursları kifayət qədərdir. Hökumət rəsmiləri də ölkədə bir il ərzində 25 milyard kubmetr su ehtiyatının toplanıdığını təsdiq edib. Bunun da yalnız 5 milyard kubmetrə qədəri suvarma və digər məqsədlər üçün istifadə olunur. 

Əgər su təminatı düzgün və qaydasında idarə olunarsa, ölkəmiz üçün kifayət edəcək, hətta əkin sahələri artacaq. Bir sözlə bu problem hökumətimiz üçün prioritet olmalı və aradan qaldırmalıdır. Ona görə ki, ölkəmiz üçün ərzaq təhlükəsizliyinin təmin olunması çox vacibdir. Əgər bu təminat düzgün qurulmasa, ölkədə inflyasiyanın səviyyəsi də artır”.

Ekspert, əkin sahələrinin azalmasının digər səbəbini, son bir ay ərzində bəzi rayonlarda yağıntıların çoxalması ilə əlaqələndirib:

“Bu da daşqın və sel fəlakətləri, əkin sahələrinin məhvi və əkinlə məşğul olan fermerlərə ciddi ziyanın dəyməsi ilə nəticələndi. Hökumət də bu halları nəzərə almalı və qlobal səviyyədə baş verən iqlim dəyişikliklərinin Azərbaycanın aqrar sahəsinə nə qədər təsir etdiyini araşdırmalı, əsasən də hansı bölgələrə daha çox ziyan vurduğunu hesablamalıdır. Bundan başqa, bostan əkini hansı bölgələrdə azalıbsa, orada sahibkarlarla söhbət aparmalı və onları yenidən həmin sahəyə təşviq etməlidirlər”. 

Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsini artıran amillərdən biri kənd təsərrüfatı məsullarının bahalaşması ilə bağlıdır: 

“Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının istehsalının aşağı düşməsi və bazarda təklifin azalması ilə nəticələnir. Yaranmış vəziyyət hazırda işbazlar xeyrinədir, çünki istehsalın azaldığını bilirlər və bundan istifadə edərək qiyməti iki dəfədən çox artırırlar. Ancaq qarpızı yetişdirən kəndlilər öz məhsullarını satmaq üçün alıcı tapa bilmədikləri üçün ya yol kənarına çıxarır, ya da məcburiyyət qarşısında işbazlara ucuz qiymətə satırlar. 

İşbazlar da bu məhsulları onlardan alaraq, Bakıya gətirir və topdansatış məntəqələrinə bir qədər yuxarı qiymətə satırllar. Buradan da marketlər, supermarketlər, iri və xırda ticarət mərkəzləri, məhəllələrarası satış yerləri bir qədər yüksək qiymətə alırlar. Bir sözlə, öz aralarında bir sistem qurublar və istədikləri zaman qiymətləri artırırlar”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO