Ankara “Azov”çularla bağlı razılaşmanı pozmayıb - AKP-nin sözçüsü

Hazırda oxunan: Ankara “Azov”çularla bağlı razılaşmanı pozmayıb - AKP-nin sözçüsü

146137

Türkiyə ölkədə sığınan “Azov” döyüçülərinin Ukraynaya qaytarılmasının ölkələr arasında razılaşmanın pozmadığını Kremlə izah edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən danışıb.

“Türkiyənin razılaşmanı pozmaq niyyəti olmadığı izah edilib. Türkiyə savaşı daha da alovlandırmaq niyyəti olmayan, bəlkə də, yeganə ölkədir”, - o vurğulayıb.

Onun sözlərinə görə, “bu cür durumlarda yanlış anlaşılma olur”:

“Rusiya tərəfinə izah edilib. Gördüyünüz kimi, o gərginlik yoxdur. Həmən Peskov “Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün çalışmağa hazırıq” kimi bir açıqlama verdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO