Albaniya ilə əməkdaşlıq Azərbaycan üçün niyə əhəmiyyətlidir?

Hazırda oxunan: Albaniya ilə əməkdaşlıq Azərbaycan üçün niyə əhəmiyyətlidir?

145221

Bildiyiniz kimi, iyunun 6-də Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfərə gəlib. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə təşkil olunub. Səfər çərçivəsində Bakıda ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Görəsən, Albaniya ilə əməkdaşlıq Azərbaycan üçün niyə önəmlidir?  

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Avropanın enerji təhlükəsizliyi proqramında iştirak edən, ərazilərilə tranzit xəttinə şərait yaradan ölkələrdən biri olmaqla Albaniya Azərbaycan üçün xüsusi önəm daşıyan ölkələrdəndir:

“Nəzərə alaq ki, Albaniya üzərindən TANAP xəttinə inteqrasiya olunan TAP xətti keçir. Özü də əsas hissəsi məhz oradan keçərək Adriatik dənizinə, oradan da İtaliyaya daxil olur. İtaliyanın quru hissəsində 8 kilometr getdikdən sonra da bu ölkənin ümumi paylayıcı qaz xəttinə daxil olur.
Bu nöqteyi-nəzərdən Albaniya Azərbaycanla, eyni zamanda, Türkiyə, Yunanıstan və Gürcüstanla birlikdə Avropanın enerji təhlükəsizliyi proqramında aktiv iştirak edir. Ona görə də həmin proqramda iştirak edən, ərazilərilə tranzit xəttinə şərait yaradan ölkələrin hər biri, o cümlədən Albaniya Azərbaycan üçün önəmlidir. Albaniya ölkəmiz üçün vacib tərəfdaşdır.

Azərbaycan hər bir istiqamətdə əməkdaşlığın şaxələnməsində maraqlıdır ki, burada da Albaniya mühüm yerlərdən birini tutur. Qaz kəmərinin gələcəkdə məhz Albaniya üzərindən interkonnektlər vasitəsilə şaxələnməsi də istisna olunmur. Bu səbəblərədn Albaniya Bakı üçün maraqlı strateji vacib tərəfdaşdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO