ABŞ-dan Ukraynaya yarım milyardlıq HƏRBİ YARDIM 

Hazırda oxunan: ABŞ-dan Ukraynaya yarım milyardlıq HƏRBİ YARDIM 

143489

ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketini təqdim edib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Bildirilib ki, yardım çərçivəsində Ukraynaya 30 ədəd “Bradley” və 25 “Stryker” zirehli texnikası veriləcək. 

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri “HIMARS” reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları, tank əleyhinə silahlar, o cümlədən “Javelin” sistemləri, “Stinger” və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təmin olunacaq. 
Bu, 2022-ci ilin fevral ayının sonundan bəri Ukraynaya 41-ci hərbi yardım paketi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO