Kürdəmir sakini dəmir parçası ilə qayınatasının avtomobilinə HÜCUM ETDİ – ANBAAN VİDEO

Kürdəmir sakini dəmir parçası ilə qayınatasının avtomobilinə HÜCUM ETDİ – ANBAAN VİDEO

Hazırda oxunan: Kürdəmir sakini dəmir parçası ilə qayınatasının avtomobilinə HÜCUM ETDİ – ANBAAN VİDEO

141852

Keçmiş həyat yoldaşının yaşadığı evə gələrək onlara məxsus maşını zədələyir. 

Bizim.Media xəbər verir ki, görüntülər müşahidə kamerasına düşüb. 

Hadisə gecə saatlarında Sabirabadda baş verib. 

Rayon sakini, Miri Əliyev iddia edir ki, keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, Daşqın Mehdiyev sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus minik  avtomobilini  dəmir linglə yarasız hala salıb. 

İnsidentin qarşısını almaq istəyən Daşqın Mehdiyev keçmiş qaynı Miri Əliyevə və keçmiş həyat yoldaşı 35 yaşlı Günel Mehdiyevaya xəsarətlər yetirib.  

İddiaya görə, onlar arasında yaşanan gərginlik aliment məsələsinə görə olub. Polisə məlumat veriləndən sonra  əməli törədən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Mehdiyev saxlanılaraq polis şöbəsinə gətirilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.  

Həmin görüntüləri təqdim edirik: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO