Türkiyə komandolarını Kosovaya GÖNDƏRDİ – FOTO  

Hazırda oxunan: Türkiyə komandolarını Kosovaya GÖNDƏRDİ – FOTO  

139517

Türkiyə Kosovonun şimalında regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün tərəfləri təmkinli olmağa çağırır. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir. 

“Kosovoda baş verən hadisələrdən sonra daha əvvəl NATO Kosovo Qüvvələrinə (KFOR) təyin edilmiş 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımıza (Kırklareli) bağlı komando batalyonu NATO Birgə Qüvvələr Komandanlığının (İtaliya) tələbinə əsasən təyin edilib.

Göndərilən batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasında yerləşdirilməsi planlaşdırılır”. 

Qeyd edək ki, son günlərdə serblərin çoxluq təşkil etdiyi Kosovanın şimal bölgələrində gərginlik xeyli artıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO