Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO 

Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO 

Hazırda oxunan: Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO 
139412
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstan açıq birinciliyində 8 dəst medal qazanıblar. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, milli komanda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə 5 nəfərlik heyətlə təmsil olunub. 

200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. O, eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb. 

500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə isə 2-ci olub. 

2 nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər. 

Qeyd edək ki, turnirdə 100-ə yaxın idmançı mübarizə aparıb. 

Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO  - foto 1
Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO  - foto 2
Azərbaycan avarçəkənləri Qazaxıstanda səkkiz dəst medal qazanıblar - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO