Mərkəzi Bank iki BOKT-un lisenziyasını LƏĞV ETDİ  

Hazırda oxunan: Mərkəzi Bank iki BOKT-un lisenziyasını LƏĞV ETDİ  

139302

Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli qərarı ilə əlaqədar “Gold Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası ləğv edilib. 

AMB-dən Bizim.Media-ya verilən məlumata görə, bu qərarın verilməsinin səbəbi “Bank olmayan kredit təşkilatları haqqında” AR-nın Qanununa əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə bağlıdır. 

Qeyd olunur ki, adı çəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub.  

Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər görülməyib. 
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO