Azərbaycanda ən yüksək maaş verən klubun adı AÇIQLANDI 

Azərbaycanda ən yüksək maaş verən klubun adı AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanda ən yüksək maaş verən klubun adı AÇIQLANDI 
139154
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 2022-ci ildə həm komandasının üzvlərinə, həm də işçilərinə yüksək əmək haqqı verən futbol klublarının adları məlum olub.  

Bizim.Media xəbər verir ki, “Qarabağ Futbol Klubu” MMC ötən il həm futbolçularına, həm də əməkdaşlarına verdiyi əmək haqlarının miqdarına görə birinci yerdə dayanır.  

Belə ki, klub məvaciblərin verilməsi üçün 14 milyon 486 min manat vəsait sərf edib.  

“Neftçi Peşəkar Futbol Klubu” MMC-nin əmək haqqı fondunun ümumi dəyəri isə 9 milyon 680 min manat təşkil edib.  İki klubun maaş fondu arasında hesablama apardıqda, “Qarabağ” komandasının maliyyə gücünün “Neftçi” komandasından 4 milyon 906 min manat və ya 2 dəfə çox olduğunu görərik.  

“Sabah Futbol Klubu MMC” maaş fondunun həcminə görə üçüncü yerdə dayanır və ötən il ümumilikdə bu məqsədlər üçün 6 milyon 940 min manat sərf edib.  

“Kəpəz Futbol Klubu” MMC isə maaş fondunun həcminə görə 9-cu yerdə qərarlaşıb və ötən il ümumilikdə 1 milyon 035 min manat xərcləyib.  

Qeyd edək ki, “Zirə Peşəkar Futbol Klubu” MMC-nin futbolçulara və əməkdaşlarına nə qədər maliyyə vəsaiti ayırdığı barədə məlumat yoxdur. Buna görə də sonuncu yerdə qərarlaşıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO