
- A-
- A
- A+
İdman
03:36 / 01.06.2023
1 dəq oxunma
Millimizin keçmiş baş məşqçisi: “Üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur”
Hazırda oxunan: Millimizin keçmiş baş məşqçisi: “Üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur”
139023
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Bizim.Media xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkəmizdə çalışdığı dönəmi də xatırlayıb:
“Azərbaycanda üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, ailəmi də özümlə aparmışdım. Halbuki, əvvəlki məşqçilər oyundan cəmi iki həftə əvvəl gəlirdilər, matçlar olanda orada yaşayırdılar. Norveçi məğlub etdik, Çexiyaya, Xorvatiyaya uduzmadıq, yaxşı oynadıq. Amma üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur”.
Xatırladaq ki, Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan yığmasına rəhbərlik edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































