
- A-
- A
- A+
İdman
00:27 / 01.06.2023
1 dəq oxunma
“Qalatasaray” “Latsio”nun təklifini rədd etdi
Hazırda oxunan: “Qalatasaray” “Latsio”nun təklifini rədd etdi
139016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu karyerasını İtaliyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Məlumata görə, 24 yaşlı vingerin xidmətində "Latsio" maraqlıdır.
Paytaxt klubu türk futbolçu üçün "sarı-qırmızılar"a 15 milyon avroluq təklif göndərib. İstanbul təmsilçisi isə oyunçusu üçün 20 milyon avro və növbəti satışdan 20 faizlik pay tələb edir. Tərəflər arasında danışıqlar davam edəcək.
Qeyd edək ki, "qalatasaray" Kerem Aktürkoğlunu 2020-ci ilin yayında "Erzincanspor"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





























































































