Narkoloji Dispanserdəki qanunsuzluqlarla bağlı ARAŞDIRMA APARILIR

Narkoloji Dispanserdəki qanunsuzluqlarla bağlı ARAŞDIRMA APARILIR

Hazırda oxunan: Narkoloji Dispanserdəki qanunsuzluqlarla bağlı ARAŞDIRMA APARILIR

138146

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Xatırladaq ki, Narkoloji Dispanserdə vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb. İddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb. Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir.

Həmçinin, Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.

Çəkiliş zamanı dispanser əməkdaşlarından biri Baku TV-nin kamerasının işığını sındırıb. Media əməkdaşlarına bildirilib ki, avadanlığa ziyan vurulması ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO