Qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq - Mərkəzi Bank

Qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq - Mərkəzi Bank

Hazırda oxunan: Qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq - Mərkəzi Bank
134077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatının davamlı inkişafını proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Vüqar Əhmədov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq.

"Bütün bunlara hər il artmaqda olan investisiyalar və insan kapitalı səbəb olur", - o deyib.

AMB-nin idarə heyətinin sədri Taleh Kazımov isə öz növbəsində bankın banklararası bazarın yaradılmasını hədəflədiyini bildirib.

"Bildiyiniz kimi, təminatsız banklararası bazarda milli valyutada əməliyyatların orta çəklili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayırıq. Bu, banklararası bazarı formalaşdırmağa imkan verəcək", - o deyib.
Bundan başqa, o, pul-kredit siyasətinin sərtləşdirilməsinin həm inflyasiyanın azalmasına, həm də iqtisadi artıma səmərəli təsir göstərdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO