Türkiyənin “Hürjet” təyyarəsi ilk uçuşunu həyata keçirdi

Türkiyənin “Hürjet” təyyarəsi ilk uçuşunu həyata keçirdi

Hazırda oxunan: Türkiyənin “Hürjet” təyyarəsi ilk uçuşunu həyata keçirdi

132671

Türkiyə istehsalı olan “Hürjet” reaktiv təlim təyyarəsi ilk uçuşunu keçirib.

Bizim.Media xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

“Türkiyə yüz ilinə ərməğan olsun”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, "Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb.

"Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO