“Murov” və “Xarı Bülbül” yarımfinalda qələbə qazandı

“Murov” və “Xarı Bülbül” yarımfinalda qələbə qazandı

Hazırda oxunan: “Murov” və “Xarı Bülbül” yarımfinalda qələbə qazandı
128296
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.  

Bizim.Media xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan yarımfinalın ilk oyunları çərçivəsində “Murov”la MOİK, “Xarı bülbül” komandası ilə “Neftçi”qarşılaşıb.  

Günün ilk matçı “Murov” və MOİK komandaları arasında olub. Görüş “Murov”un 25:20 hesablı üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası rəqibindən üstün oyun göstərərək sonrakı hissələrdə də (25:18, 25:14) qalib gəlib. Beləliklə “Murov” yarımfinalda ilk qələbəsini qazanıb.
Günün digər qarşılaşmasında “Xarı bülbül"lə “Neftçi” üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan "Xarı bülbül" ilk iki seti 25:22 və 25:17 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Növbəti hissədə "Neftçi" 21:25 hesablı qələbə ilə ümumi hesabı azalda bilib.

Lakin təşəbbüsü yenidən ələ alan Şuşa təmsilçisi 25:19 hesabı ilə qalib gələrək meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.  

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.  

Yarımfinal (birinci oyun) “Murov” - MOİK 3:0 (25:20, 25:18, 25:14)  

“Xarı bülbül” - “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19) 



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO